Təbii dinin əsasi
Təhtəlşüur səviyyəsində işlək olan ən fundamental kateqoriyalardan biri “şeylərin nizamı”1 kateqoriyasıdır. Adi insanların çoxu bu anlayışla gündəlik söhbətlərdən tanışdır; onlar bu anlayışa fəlsəfi məna bir yana, heç sakral və ya metafizik məna da vermirlər. İnsanlar düşünürlər ki, şeylərin nizamı ibarəsi onların baş verənlərə, gündəlik davranışlarına öz reaksiyalarında zəruri düzəlişdir. Məsələn, vəzifəli şəxsə rüşvət vermək şeylərin …